Sınaq imtahanının nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sınaq imtahanının nəticələri açıqlanıb

1news Redaksiyası17:25 - 01 / 05 / 2018
Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

1news.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 29925 abituriyentdən 417 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 1 abituriyent imtahandan xaric olunub.

1news.az

Paylaş:
517

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər