Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

20:43 - 01 / 05 / 2018
Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Gömrük nəzarətinə bəyan edilməyən mobil telefonların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd “Samsung Galaxy A3”, 1 ədəd “Samsung Galaxy A5”, 1 ədəd “Samsung Galaxy J1” 2017 markalı telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər