BANM-da tələbələrin respublika elmi-texniki konfransı yekunlaşıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da tələbələrin respublika elmi-texniki konfransı yekunlaşıb – FOTO

14:58 - 02 / 05 / 2018
BANM-da tələbələrin respublika elmi-texniki konfransı yekunlaşıb – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş respublika elmi-texniki konfransı yekunlaşıb.

1news.az-ın məlumatına görə, 30 aprel – 2 may tarixlərində keçirilən konfransda beş bölmə üzrə aktual mövzularda müxtəlif təqdimatlar dinlənilib. Ümumilikdə bütün bölmələr üzrə 68 məruzə təqdim edilib ki, bunun 35-i BANM-ın tələbələrinə, qalanı isə konfransda iştirak edən 10-a yaxın müxtəlif universitetlərin tələbələrinə aiddir.

Konfransın bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov artıq 6-ci ildir ki keçirilən bu konfransın bu il yalnız BANM-ın hüdudları çərçivəsində  deyil, ölkə üzrə müxtəlif universitetlərin iştirakı ilə daha geniş şəkildə keçirilir.

Rektor qeyd edib ki, BANM-da tələbələri elmi-tədqiqata həvəsləndirən hər bir təşəbbüs dəstəklənir, bilik mübadiləsinin həyata keçirilməsi üçün müxtəlif tədbirlər təşkil edilir. “Belə tədbirlərin keçirilməsi tələbələr arasında elmi məlumatın mübadiləsi, onların apardıqları tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması üçün böyük əhəmiyyət daşıyır.” – deyə Elmar Qasımov bildirib.

Konfransın sonuncu günü həmçinin tələbələrin məruzələrinin qiymətləndirilməsi və mükafatlandırılması keçirilib. Ümumilikdə beş bölmə üzrə 7 nəfər tələbə birinci dərəcəli, 9 nəfər tələbə isə ikinci dərəcəli diplom əldə ediblər. Daha 9 tələbənin məruzəsi isə xüsusi mükafata layiq görülüb. Ali Məktəbin rektoru Elmar Qasımov qaliblərin hər birini təbrik edərək, onlara konfransda əldə etdikləri nailiyyətə görə diplomlar təqdim edib.

Qeyd edək ki, qalib iştirakçıların 9-u BANM-ın, 16-sı isə digər universitetlərin tələbələridir. Konfransda öz məruzələri ilə qalib olan tələbələr eyni zamanda BANM-ın əməkdaşlıq etdiyi, neft-qaz sektoru üzrə fəaliyyət göstərən bir çox transmilli şirkətlərin nümayəndələri tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.

1news.az

Paylaş:
401

Son xəbərlər

Bakıda dünya dini liderlərinin görüşü keçirilirBu gün, 14:22XalqKartı pulsuz əldə edin!Bu gün, 14:17Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edibBu gün, 14:14Hərbi attaşelər Daxili Qoşunların Ali Hərbi Məktəbini ziyarət ediblərBu gün, 13:54Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanınBu gün, 13:48Bakıda mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürülübBu gün, 13:35“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıbBu gün, 13:33Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilibBu gün, 13:27İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edibBu gün, 13:24Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıbBu gün, 13:11Sabah külək olacaq, dolu düşəcək - ProqnozBu gün, 12:51Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladıBu gün, 12:012024-cü ilin sonu üçün Azərbaycanda iqtisadi artım nə qədər proqnozlaşdırılır? - AMB sədri açıqladıBu gün, 11:47Taleh Kazımov: “Kredit faizləri artmayıb”Bu gün, 11:46İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidirBu gün, 11:32AMB sədri bu ilin sonuna proqnozlaşdırılan əməliyyatlar balansını açıqladıBu gün, 11:24Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİBBu gün, 11:06
Bütün xəbərlər