İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır | 1news.az | Xəbərlər
Cəmiyyət

İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır

16:42 - 02 / 05 / 2018
İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır

İngilis tədqiqatçısı Emi Batler Qrinfield “Mükəmməl qırmızı” adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, Karmin boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.

Emi Batler Qrinfieldin kitabında yazılır ki, qırmızı rəngli qida məhsullarının əlavələrinə diqqət etdiyiniz zaman “Karmin” sözünə rast gəlmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan “E120” yazılır. Bir çox insanların bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4 milyon dollar gəlir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqlarından toplayırlar.

1news.az

Paylaş:
573

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər