Əfv Komissiyasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv Komissiyasının növbəti iclası keçirilib

20:34 - 02 / 05 / 2018
Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 800-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər