Polis bölmələrində nöqsanlar aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bölmələrində nöqsanlar aşkarlandı

16:57 - 03 / 05 / 2018
Polis bölmələrində nöqsanlar aşkarlandı

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, habelə həmin RPİ-nin 19, 20, 21 və 22-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı baş çəkib.

Bu barədə 1news.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, bütün kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

MSY-də saxlanılan inzibati həbs olunmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib və müraciətlər dinlənilib.

Qəbul edilmiş bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

Yekunda müəssisə rəhbərliyi ilə sənədləşmənin və saxlanma şəraitinin təkmilləşdirilməsi, müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericilik əsasında əməkdaşlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, müvafiq tövsiyələr verilib.

Nəsimi RPİ-nin 19, 20, 21 və 22-ci polis bölmələrinə də keçirilmiş başçəkmələr zamanı saxlanılan şəxs olmamış, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun müddəaları əsasında məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

“Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq”- deyə, Ombudsman Aparatından bildiriblər.

1news.az

Paylaş:
518

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər