Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb - FOTO

15:14 - 04 / 05 / 2018
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb - FOTO

Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.

1news.az xəbər verir ki, mayın 4-də Heydər Əliyev Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Nazir dövlətimizin başçısının apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini söyləyib.

Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən C.Bayramov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan C.Bayramov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Nazir məktəblilər arasında təşkil olunan müsabiqənin əhəmiyyətini vurğulayıb, şagirdlərə gələcək həyatlarında uğurlar arzulayıb.

Məlumat verilib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsi olduqca önəmlidir.

Ölkəmizdə uğurlu təhsil islahatlarının aparıldığını bildirən Əli Əhmədov Prezident İlham Əliyevin bu sahəyə böyük əhəmiyyət verdiyini xatırladıb.“Bu gün Azərbaycan təhsilinin qarşısında geniş vəzifələr durur”, - deyən Baş nazirin müavini bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir. O əlavə edib ki, hər bir ölkə öz inkişafında təhsilə borcludur.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, Fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir.

“Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan konkret layihələrlə, əməli işlərlə Fond bütün xalqımızın hörmət və etibarını qazanmağa nail olub. Biz, eyni zamanda, öz humanitar fəaliyyətimizlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ölkənin ən böyük qeyri-hökumət təşkilatı kimi Azərbaycanı dünyada layiqincə təmsil edirik. Bütün bu çoxşaxəli fəaliyyətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları və bu ideyalara xidmət amalı dayanır. Bugünkü müsabiqə onu göstərir ki, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərir. Bu da Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”, - deyə Anar Ələkbərov qeyd edib.

Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Nazir bildirib ki, müasir müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək xalqımız qarşısında böyük xidmətlər göstərib, ölkəmizi parçalanmaqdan xilas edib. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb. Bütün sahələrə diqqətini əsirgəməyən Ümummilli Lider hər zaman təhsil sahəsinə xüsusi həssaslıqla yanaşıb. Bu gün də Azərbaycan təhsili Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən də bəhs edib. S.Möhbalıyev müsabiqənin əhəmiyyətini vurğulayıb, qalibləri təbrik edib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

1news.az

 

 

Paylaş:
1418

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər