FHN Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb.
Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
S.Xankişiyeva
450