Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib – FOTO

16:16 - 05 / 05 / 2018
Baş Prokurorluq ağacəkmə kampaniyası keçirib – FOTO

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib.

1news.az-a  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlığında 2 hektar ərazidə mindən artıq zeytun və Eldar şamı ağacları əkilib.

Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. 

S.Xankişiyeva

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər