Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib - FOTO

18:27 - 05 / 05 / 2018
Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib - FOTO

Bu gün görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın I Fəxri xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.

1news.az-a Universitetdən verilən məlumata görə, tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Görkəmli alimin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərdiyini, analitik kimya sahəsində ilk qadın akademik kimi elmi məktəb formalaşdırmağa nail olduğunu, bu məktəbin yetirmələrinin hazırda kimya elminə öz töhfələrini verdiklərini vurğulayıb. Akademik Rəfiqə Əliyevanın böyük nəslin layiqli nümayəndəsi olduğunu deyən rektor onun kiçikdən böyüyə hamıya - tələbələrə, müəllimlərə, tədqiqatçılara xeyirxah münasibətilə fərqlənən gözəl insan kimi xidmətlərindən danışıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, millət vəkili Elmira Axundova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, millət vəkili Rəfael Hüseynov, Azərbaycanın əməkdar memarı Rasim Əliyev, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı Natiq Əliyev çıxış edərək akademik Rəfiqə Əliyevanın dəyərli alim, xeyirxah insan kimi əməllərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.

Sonda mərhumun ailəsi adından çıxış edən qızları - Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva mərasim iştirakçılarına təşəkkür ediblər.

Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il mayın 6-da ömrünün 85-ci ilində vəfat edib. Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub.

O, 2001-ci ildən yaradıcısı olduğu Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasına rəhbərlik edib. Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.

S.Xankişiyeva

Paylaş:
668

Son xəbərlər

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29
Bütün xəbərlər