Sumqayıtda yaşlı kişi ürəyinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda yaşlı kişi ürəyinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib

17:04 - 06 / 05 / 2018
Sumqayıtda yaşlı kişi ürəyinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, şəhər sakini, 9-cu mikrorayon, ev 59, mənzil 36-da yaşayan 1960-cı il təvəllüdlü Cobanov Vladıceslav Rayonbəy oğlu özünün sol yuxarı nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.

Hadisədən sonra 58 yaşlı kişi şok keçirib. Yaxınları onu huşsuz vəziyyətdə Sumqayıt şəhər TTYX-ya çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər