Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

Bakı şəhərindəki mənzillərdən birində kişi meyiti tapılıb.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Jukov Vitaliy Sergeyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.
S.Xankişiyeva
397