“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri -iş günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri -iş günüdür

20:39 - 07 / 05 / 2018
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 9 may qeyri -iş günüdür

9 may Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) 1news.az-a bildiriblər ki, 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla,  digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər