Bakı-İstanbul reysi ilə uçan təyyarə məcburi eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-İstanbul reysi ilə uçan təyyarə məcburi eniş edib

10:21 - 08 / 05 / 2018
Bakı-İstanbul reysi ilə uçan təyyarə məcburi eniş edib

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.

Bu barədə 1news.az-a  "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək.

AZAL yaranan narahatlığa görə üzr istəyir.

1news.az

 

Paylaş:
359

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər