Rəqsanənin qızının yaydığı videolar araşdırılır: baş həkim işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqsanənin qızının yaydığı videolar araşdırılır: baş həkim işdən çıxarıldı

12:22 - 08 / 05 / 2018
Rəqsanənin qızının yaydığı videolar araşdırılır: baş həkim işdən çıxarıldı

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb. 

1news.az " BAKU.WS-ə istinadən xəbər verir ki, körpələr evi ətrafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. 

Sayt məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Bildiriblər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq. 

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən qidaların oğurlandığı iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbaları "Prado" markalı maşına daşıdığı görünür. 

1news.az

Paylaş:
364

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər