Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

17:32 - 09 / 05 / 2018
Bakıda taksi sürücülərinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Mayın 7-də DİN-in “102 Zəng Mərkəzi” xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin onları bıçaqla hədələyərək pullarını almaları barədə məlumat veriblər.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 3-də Mehdiabad qəsəbəsi ərazisində N.İsmayılovun “TOFAŞ” markalı avtomobili ilə sərnişin qismində Binəqədi qəsəbəsinə gedəcəyini bildirən şəxsin qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək 200 manatını alması, həmin gün “Mercedes” markalı avtomobilin sürücüsü Q.Xudayevin sərnişininin də analoji üsulla onun 90 manat pulunu alması məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb.  Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Qələndərov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

S.Xankişiyeva

 

Paylaş:
511

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər