Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Mayın 12-dən başlayaraq Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır.
1news.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyindən daxil olan birgə məlumatda deyilir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 12-də gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
S.Xankişiyeva
196