Bələdiyyə sədri cərimə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bələdiyyə sədri cərimə olundu

20:31 - 10 / 05 / 2018
Bələdiyyə sədri cərimə olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

1news.az

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər