Çarpayıdan yıxılan kök adam köməyə FHN-i çağırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çarpayıdan yıxılan kök adam köməyə FHN-i çağırıb

12:47 - 10 / 05 / 2018
Çarpayıdan yıxılan kök adam köməyə FHN-i çağırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları çarpayıdan yıxılan artıq çəkili şəxsi xilas edib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq çəkili bir nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşa müvafiq köməklik göstəriblər.

S.Xankişiyeva

 

Paylaş:
2765

Son xəbərlər

Bütün xəbərlər