İdxal olunan qida məhsullarına nəzarət edən orqan dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

İdxal olunan qida məhsullarına nəzarət edən orqan dəyişdi

17:06 - 11 / 05 / 2018
İdxal olunan qida məhsullarına nəzarət edən orqan dəyişdi

İyulun 1-dən Azərbaycana idxal olunan bitki və və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək:

“İdxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək. Agentlik həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək”.

S.Xankişiyeva

 

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər