İsmayıllıda avtomobil körpüsünü sel apardı

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub:
"Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb. Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir”.
S.Xankişiyeva
329