Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedir

18:25 - 12 / 05 / 2018
Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin dəvəti ilə 13-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.

1news.az-a Komitədən verilən xəbərə görə, nümayəndə heyətinə Azərbaycandakı dini konfessiya təmsilçiləri – Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski, eləcə də DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Kaliforniya ştatının Los-Anceles və San-Fransisko şəhərlərində ölkəmizdə mövcud olan dini müxtəliflik, dini tolerantlıq mühiti, birgəyaşayış modeli, eləcə də multikultural dəyərlərə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Eyni zamanda, Kaliforniya Senatında senator Jerry Hill ilə, Los-Anceles arxiyepiskopu Jose Gomezlə, ABŞ-ın ən böyük yəhudi lobbi təşkilatı olan AIPAC-da, Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuperlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

San-Fransisko şəhərində Amerika Yəhudi Komitəsinin təşkilatçılığı ilə “Commonwealth Club”da Azərbaycanda dini müxtəlifliyin təbliğinə həsr olunmuş “Münaqişəsiz dinlərarası harmoniya: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçiriləcək. Qeyd edək ki, “Commonwealth Club” hər il siyasət, mədəniyyət, cəmiyyət və iqtisadiyyat sahəsində baş verən əsas hadisələrin müzakirəsi üçün geniş forumlar təşkil edir və forumlarda ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ekspertlərin məruzələri dinlənilir.

Səfər zamanı Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycanda mövcud dini müxtəliflik və nümunəvi tolerantlıq mühitindən bəhs edən tədbir keçiriləcək. Tədbir çərçivəsində çoxəsrlik tolerantlıq ənənələrinə malik ölkəmizi tanıdan sərgi təşkil ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
425

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər