Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib – FOTO

17:04 - 13 / 05 / 2018
Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib – FOTO

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Qarabağ atları “Royal Windsor Horse Show” adlı tədbirdə nümayiş etdirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram da yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun müşaiyəti altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən qrup və iki gənc rəssam iştirak ediblər.

Tədbiri izləyənlər arasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub. Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.

Qeyd edək ki, “Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk dəfə Qarabağ atı – “Zaman” ilə tanış olub. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.

S.Xankişiyeva

Paylaş:
838

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər