Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

14:53 - 14 / 05 / 2018
Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

İyunun 1-də və 2-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək. 

Mərkəzdən 1news.az-a verilən məlumata görə, uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iyunun 1-də keçiriləcək tədbirdə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.

Festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək. 

Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları təqdim olunacaq. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan attraksionlarda, buz meydançasında əylənə, rəsm, musiqi proqramlarında və digər əyləncə növlərində iştirak edə, müsabiqələrdə yarışa biləcəklər. 

Uşaqlar üçün müxtəlif sahələr üzrə ustad dərsləri təşkil olunacaq və azyaşlı istedadlar parkda onlar üçün ayrılmış ərazidə asfalt örtüyü üzərində rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdirəcəklər. 

Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq müsabiqəsi təşkil olunacaq, konsert proqramı təqdim ediləcək. 

Uşaqlar sevimli nağıl personajları ilə görüşəcək, bayramlarını dostlarının əhatəsində, bir-birindən maraqlı sürpriz və hədiyyələrlə dolu şənlikdə keçirmək imkanı qazanacaqlar. 

Əraziyə giriş və əyləncələrdən istifadə pulsuz olacaq. 

1news.az

Paylaş:
2546

Son xəbərlər

Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39
Bütün xəbərlər