Gənclərə İnternet mediada Azərbaycan turizminin təbliği yolları öyrədildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclərə İnternet mediada Azərbaycan turizminin təbliği yolları öyrədildi – FOTO

17:25 - 14 / 05 / 2018
Gənclərə İnternet mediada Azərbaycan turizminin təbliği yolları öyrədildi – FOTO

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlayıb.

Birlikdən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış” mövzusunda 2 günlük təlim keçirilib.

İngilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı araşdırma və məqalə yazmaq bacarıqlarını artırmaq məqsədilə təşkil olunan təlimdə 20 gənc iştirak edib.

Təlimçi, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə xarici internet mediada İngilis dilində Azərbaycan turizmi mövzusunda məqalələrin yazılması, bu barədə mənbələr və araşdırma yolları göstərilib. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib.

Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzusunda təlim keçirilib və eləcə də bu sahədə bloggerlik vərdişlərinin artırılması üçün daha bir təlimin keçirilməsi, həmçinin “Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.

1news.az

Paylaş:
263

Son xəbərlər

Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35
Bütün xəbərlər