Naxçıvanda “Göycə” festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

22:00 - 14 / 05 / 2018
Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə “Göycə” festivalı keçiriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən “Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb.

1news.az

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər