Rövşən Rzayev: Qəzalı binalarda məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Rzayev: Qəzalı binalarda məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək

17:31 - 15 / 05 / 2018
Rövşən Rzayev: Qəzalı binalarda məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib.

Komitədən 1news.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə keçirilən qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri əsasən mənzil təminatı ilə bağlı olub.

Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir. Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb.

Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hər tərəfli izahat verilib.

Dövlət Komitəsinin  sədri  müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib.

1news.az

Paylaş:
578

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər