BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar

11:51 - 15 / 05 / 2018
BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları departamentinin əməkdaşları tərəfindən böyük təqdimat keçirilib.

Ali Məktəbdən 1news.az verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin 3-cü, 4-cü, 5-ci kurs və magistratura pilləsinin tələbələri, həmçinin SOCAR Polymer-in məsul əməkdaşları iştirak ediblər.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamladıqdan sonra Socar Polymer layihəsinin Azərbaycanın neft-kimya sənayesində əvəzolunmaz rol oynayacağını bildirib.

“Layihənin əsas məqsədi ölkənin kimya sənayesini gücləndirmək olduğunu nəzərə alaraq bu sahə üzrə dünya standartlarına cavab verən ixtisaslı kadr hazırlayan BANM ilə əməkdaşlıq daha məqsədəuyğundur” – deyə rektor qeyd edib.

SOCAR Polymer-in maliyyə təhlilçisi Bart Joubert ilk öncə tələbələri salamlayaraq onlarla görüşündən məmnun olduğunu bildirib. Daha sonra o, şirkətin məqsədi, fəaliyyəti, burada görülmüş işlər, struktur və iş prinsipi haqqında geniş təqdimatla çıxış edib.

SOCAR Polymer-in İnsan resursları departamentinin təlim və inkişaf üzrə baş mütəxəssisi Nərgiz Səlimova tələbələrə yay istehsalat təcrübə proqramı haqqında məlumat verib, mükafatlandırma üzrə mütəxəssis Afaq İsmayılova iş imkanları, müraciət etmə və seçim prosesləri haqqında geniş təqdimat edib, işə qəbul üzrə mütəxəssis Elturan Kazımlı isə təcrübəçilərin SOCAR Polymer-dəki rolu haqqında danışıb.

Tədbirdə BANM-ın məzunu, SOCAR Polymer-də texniki məsələlər üzrə mühəndis Nicat Qasımov tələbələr qarşısında özünün SOCAR Polymer-dəki uğur hekayəsindən danışıb.

Təqdimatların sonunda tələbələr insan resurları departamentinin əməkdaşlarına çoxlu suallar ünvanlayıblar.

Qeyd edək ki, BANM-ın tələbələrinin may ayının 30-dək müraciət və seçim prosesinin yekunlaşdırılacağı, iyul ayından başlayaraq yay istehsalat təcrübəsinə başlayacaqları gözlənilir. İstehsalat təcrübələrini uğurla başa vuran sonuncu kurs tələbələri isə şirkət tərəfindən işə cəlb olunacaqlar.

1news.az

 

Paylaş:
291

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər