Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb

14:27 - 16 / 05 / 2018
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı müsahibə verib.

1news.az həmin müsahibəni təqdim edir:

- Bayıl ərazisində baş verən çökmə hadisəsinin səbəbləri nədir?

- Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib. Ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib.

Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

- Hazırda ərazidə hansı işlər görülür?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla  birgə ərazidə tədqiqat işləri aparır və  təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

S.Xankişiyeva

 

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər