İtkin düşmüş alpinistlərin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşmüş alpinistlərin meyiti tapılıb

19:13 - 16 / 05 / 2018
İtkin düşmüş alpinistlərin meyiti tapılıb

Ötən il dekabrın 27-də Quba rayonunun dağlıq ərazisində itkin düşmüş alpinistlərin cəsədləri tapılıb.

1news.az xəbər verir ki, alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hazıradək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19:00 radələrində isə daha bir kişi və bir qadın cəsədi tapılıb.

Hazırda axtarış-təmizləmə işləri davam etdirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
392

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər