Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

10:14 - 16 / 05 / 2018
Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı keçiriləcək.

1news.az-a BANM-dan verilən məlumata görə, konfrans “Alternativ” mövzusu ilə 26 may tarixində  Ali Məktəbin kampusunda baş tutacaq. Konfransa ölkənin müxtəlif sahələrində uğur qazanmış 9 mütəxəssisi öz  maraqlı çıxışları ilə qatılacaqlar.

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır. BANM-da keçiriləcək TEDxBHOS konfransı da digəriləri kimi qeyri-kommersiya təşkilatı olan TED`in lisenziyası əsasında baş tutacaq. 

1news.az

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər