Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəmkirdə əməliyyat keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəmkirdə əməliyyat keçirib

10:31 - 16 / 05 / 2018
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəmkirdə əməliyyat keçirib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub.

Baş İdarə və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.

Onun rayon ərazisindəki evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

1news.az

Paylaş:
482

Son xəbərlər

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32
Bütün xəbərlər