Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb

12:11 - 16 / 05 / 2018
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb

Cəlilabadda mikroavtobus yanıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə Əliqasımlı kəndində baş verib.

Belə ki, Biləsuvar rayonuna məxsus fəhlə daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb. İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər