Əfv Komissiyası bu gün işini yekunlaşdıra bilər

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bugünkü iclasda əfvlə bağlı sonuncu müraciətlərə baxılması nəzərdə tutulub.
Belə ki, komissiyanın üzvü Rəşad Məcid son iclasdan sonra Trend-ə açıqlamasında bildirmişdi ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.
S.Xankişiyeva
340