Axtarış qrupunun rəhbəri: Hər üç alpinistin meyiti eyni ərazidə tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarış qrupunun rəhbəri: Hər üç alpinistin meyiti eyni ərazidə tapılıb - FOTO

09:51 - 17 / 05 / 2018
Axtarış qrupunun rəhbəri: Hər üç alpinistin meyiti eyni ərazidə tapılıb - FOTO

Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu.

Bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarını həyata keçirən qrupun rəhbəri Toğrul Mehdiyev məlumat verib.

Toğrul Mehdiyev deyib ki, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan alpinistlərin axtarışları müvafiq təlimata uyğun olaraq fasiləsiz davam edib. Son günlər havanın daha çox istiləşməsi axtarışların intensivləşməsi üçün şərait yaradıb. Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxıb.

“Əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü 4 metrə qədər azalmışdı. Alpinistlərin yerini təxmini müəyyənləşdirdikdən sonra bütün qüvvəmizi səfərbər edib, həmin ərazidə axtarışları gücləndirdik. İki gün ərzində səhər saat 7-dən axşam 8-dək ərazidən çıxmamaq şərtilə iş apardıq. Mayın 16-da onların cəsədlərini aşkarladıq”, - deyə Toğrul Mehdiyev əlavə edib.

Xilasetmə qrupunun komandiri Anar Alxanov jurnalistlərə açıqlamasında alpinistlərin meyitlərinin qarın 4 metr dərinliyində aşkar olunduğunu bildirib: “Əvvəlcə Babur Hüseynovu, sonra isə Fəridə Cəbrayılzadə və Namin Bünyatovu üzə çıxardıq. Onlar birlikdə çadırın içərisində böyük qar uçqununun altında qalıblar”.

Alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-sı saat 18 radələrində itkin düşən alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19 radələrində isə daha bir kişi və bir qadın cəsədi aşkarlanıb.

Meyitlər hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Əməliyyat Qərargahından Quba Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib və tibbi ekspertizadan keçirildikdən sonra aidiyyəti üzrə təhvil veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə dekabrın 27-də başlanılmışdı. Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılırdı. Bu müddətdə axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edib.

S.Xankişiyeva

Paylaş:
432

Son xəbərlər

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılırBu gün, 15:08Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - FOTOBu gün, 14:53Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədirBu gün, 14:49Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verdiBu gün, 14:35İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - FOTOBu gün, 14:27Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 14:19İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edirBu gün, 14:16Dərman preparatları və tibbi ləvazimatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıbBu gün, 14:08Bu gün Xalq artisti Arif Quliyevin anım günüdürBu gün, 13:55“Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib”Bu gün, 13:52
Bütün xəbərlər