Qazaxıstanın "Qızıl Adam"ı Bakıda - FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə mayın 22-də Milli Azərbaycan Tarix Muzeyində “Böyük Çağın Mirası”: zərgərlik sənətinin şah əsərləri adlı sərgi açılacaq.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, sərgi bu ölkənin Milli Muzeyi ilə birgə “Qızıl Adamın dünya muzeylərində təqdimatı” layihəsi çərçivəsində baş tutacaq.
Sərginin açılışından əvvəl mətbuat konfransı keçiriləcək. Mərasimdə Mərasimdə Qazaxıstanın Milli Muzeyinin direktor müavini A.K. Satubaldin, tarix elmləri doktoru, professor Z.S. Samaşeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və başqaları iştirak edəcək.
P.Sultanova
506