Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir  – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir  – FOTO

15:00 - 18 / 05 / 2018
Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir  – FOTO

Bolqarıstanın BTV televiziyasının əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədilə Tərtər rayonuna səfər edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlcə rayon icra hakimiyyətində olan xarici jurnalistlərə erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir.

Həmçinin dinc sakinlər arasında xəsarət alma və ölüm hallarına səbəb olur. Düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.

Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir. Bu isə kənd təsərrüfatı işlərində çətinliklər yaradır. Düşmən qış fəslində isə suyu açmaqla, əkin sahələrini və yaşayış məntəqələrini su altında qoyur. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır.

Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

Sonra media nümayəndələri rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndlərində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və dövlətimizin başçısının Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıb, çəkilişlər ediblər.

S.Xankişiyeva

Paylaş:
459

Son xəbərlər

Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18
Bütün xəbərlər