Xətai prospektində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Xətai prospektində piyada zolaqlarının və yol-göstərici xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən hissədə mayın 18-i axşam saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
S.Xankişiyeva
457