Pambıq əkinlərində yeni zərərverici aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pambıq əkinlərində yeni zərərverici aşkarlanıb

19:24 - 18 / 05 / 2018
Pambıq əkinlərində yeni zərərverici aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkarlanıb.

1news.az-ın Dövlət Fitosanitar Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin - sarımtıl birəcik (Aphthona lutescens Gyll.) böcəyi olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqdakı pambıq tarlalarına keçib və cücərtiləri zədələməyə başlayıb.

Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayır. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanır. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib, sürətlə qidalanır. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv olur, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.

İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarını tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayır. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedir.

Birəciklərin kütləvi çoxalmalarının qarşısını almaq üçün bütün vegetasiya ərzində onların sığınacağı və qida mənbəyi olan alaq otları məhv edilməlidir. Pambıq bitkisinin sürətlə böyüməsinə və inkişafına şərait yaradan aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Həmçinin sahələrdə erkən və dərin dondurma şumu aparılmalıdır.

Vegetasiyanın başlanğıcında pambıq cücərtiləri acetamiprid, karbosulfan, indoxacarb və s. tərkibli insektisidlərin biri ilə dərmanlanmalıdır. Birəcik əleyhinə asetamiprid tərkibli “Mosetam” (0,2 kq/ha), “Aseti Super 20% WP” (0,2 kq/ha), “Paskal SP” (0,2 kq/ha), eləcə də karbosulfan tərkibli “Garant 28% EK” (1,5 lt/ha) insektisidləri çox səmərəlidir. Qeyd etmək lazımdır ki, bu preparatlar pambıq bitkisinin mənənə, trips, hörümçək gənəciyi və pambıq sovkası kimi təhlükəli zərərvericilərinin miqdarca tənzimlənməsində də təsirli mühafizə vasitələridir.

1news.az

Paylaş:
429

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər