Bayılda son sürüşmədən sonra 16 mərtəbəli binada da çatlar yarandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayılda son sürüşmədən sonra 16 mərtəbəli binada da çatlar yarandı – FOTO

12:50 - 18 / 05 / 2018
Bayılda son sürüşmədən sonra 16 mərtəbəli binada da çatlar yarandı – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Bakının Səbail rayonunun bir necə gün əvvəl sürüşmənin baş verdiyi ərazisində - Buxta 9 küçəsində müşahidələr apararkən onunla eyni geoloji zonada yerləşən 16 mərtəbəli binada da artıq çatların yarandığını aşkarlayıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Coğrafiya İnstitutunun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazər məlumat verib.

Onun sözlərinə görə, Bayıl yamacında - “Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir:

“Monitorinq zamanı müşahidə etdik ki, artıq İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binada da çatlar yaranıb. Sakinlərin də bizə verdiyi məlumata görə, bu çatları son 2 gün ərzində müşahidə ediblər. Bizim fikrimizcə, binada çatların yaranmasına səbəb yuxarı hissədə yerləşən yaşayış evlərinin kanalizasiya sistemlərinin köhnəlməsi və bunun nəticəsində həmin suların sızaraq aşağı hissədə toplanması və sonda çökmə təhlükəsi yaratmasıdır. Aidiyyəti təşkilatlar bütün səbəbləri araşdıraraq kompleks tədbirlər planı hazırlamalıdırlar”.

S.Tarixazər qeyd edib ki, son illər Bakıda, xüsusilə Bayıl yamacında ərazidə tikinti işləri aparılan zaman geoloji-geomorfoloji, mühəndis-geoloji, hidrogeoloji və digər xüsusiyyətlər nəzərə alınmır. Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir.

Alim qeyd edib ki, tikinti işləri aparılan zaman aktiv sürüşmə zonaları nəzərə alınmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin təbii səbəbləri - relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, suffoziya və s., eyni zamanda antropogen amillər - texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.

S.Xankişiyeva

Paylaş:
398

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər