Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb

15:34 - 19 / 05 / 2018
Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb

Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
1252

Son xəbərlər

Bütün xəbərlər