Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edilib

16:32 - 20 / 05 / 2018
Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə, mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.

1news.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

“Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki “Bakinskiy bulvar” restoranında azərbaycanlıların gözü qarşısında saxlanılıb. Məlum olub ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur.

Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində  Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə həbs qətimkan tədbiri seçilib. O, 8 il azadlıqdan məhrum edilə bilər.

Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var.

S.Xankişiyeva

 

Paylaş:
336

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutubBu gün, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıbBu gün, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilibBu gün, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edibBu gün, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildiBu gün, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildiBu gün, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEOBu gün, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilibBu gün, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİBBu gün, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidirBu gün, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59
Bütün xəbərlər