Ramazanın dördüncü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın dördüncü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

12:20 - 20 / 05 / 2018
Ramazanın dördüncü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Bu gün Ramazan ayının dördüncü günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:37-də, iftar isə saat 20:10-dadır.

Ramazan ayının dördüncü gününün duası:

“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.”

Tərcüməsi:

“İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”

Allah orucunuzu qəbul etsin!

S.Xankişiyeva

 

 

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər