İntihar edən tələbənin son “mesajı”: Yaxşısı ölüm gedim, mənim yerim məzardı ... – VİDEO

Bakıda universitet tələbəsi intihar edib.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ramiz Şahmalıyev özünü asıb.
Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
Qeyd edək ki, 1996-cı ildə Bakı şəhərində doğulan 22 yaşlı gənc replə məşğul olub.
Kiçik araşdırma zamanı təxminən iki həftə öncə gəncin təqdim etdiyi son trekindəki “Yaxşısı ölüm gedim, mənim yerim məzardı” sözləri xüsusi ilə diqqətimizi çəkdi. O replərində daha çox pessimist ruhda sözlərə yer verib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Canına qıyan gəncin video və fotolarından bəzilərini təqdim edirik:
1news.az