Naxçıvanda zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda zəlzələ olub

09:17 - 22 / 05 / 2018
Naxçıvanda zəlzələ olub

Mayın 22-də Naxçıvan şəhərində 3,4 bal gücündə zəlzələ baş verib.

1news.az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 06:32:39-da qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

1news.az

Paylaş:
695

Son xəbərlər

Bütün xəbərlər