Avtobusda asayişi pozan şəxs necə tərksilah edildi? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobusda asayişi pozan şəxs necə tərksilah edildi? - FOTO

16:34 - 23 / 05 / 2018
Avtobusda asayişi pozan şəxs necə tərksilah edildi? - FOTO

135 nömrəli avtobusda insident baş verib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.

1news.az

 

 

 

 

Paylaş:
446

Son xəbərlər

Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06Günel Ağazadə: “Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq sahəsi sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”Bu gün, 13:03Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43
Bütün xəbərlər