Sumqayıtda ağacları zədələyən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ağacları zədələyən şəxs cərimələndi

13:30 - 24 / 05 / 2018
Sumqayıtda ağacları zədələyən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə 4 ədəd tut və 1 ədəd qarağac ağaclarının budaqlarının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 1000 manat məbləğində cərimə olunub.     

1news.az

Paylaş:
313

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər