Bakıda növbəti “Avropa Şəhərciyi” festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti “Avropa Şəhərciyi” festivalı başlayır

17:47 - 24 / 05 / 2018
Bakıda növbəti “Avropa Şəhərciyi” festivalı başlayır

2 iyun tarixində Dənizkənarı Milli Parkda Azərbaycan  Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi” festivalı keçiriləcək.

1news.az-a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə,  “Avropa Şəhərciyi 2018” festivalı Avropa İttifaqı və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat almaq istəyən insanlar üçün ideal fürsət olacaq.  

Ənənəvi olaraq, Avropa Şəhərciyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən  Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıqda təşkil olunur. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.   

Avropa Şəhərciyi günorta saat 12:00-dan etibarən ziyarətçilər üçün açıq olacaq. Bu ilki festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa Şəhərciyində Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək. AFFA tərəfindən təşkil edilmiş xüsusi meydançada isə siz dostlarınızla xoş vaxt keçirə və futbolçularla qol vura bilərsiniz! Bundan başqa, festivalın qonaqları “paella” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il Avropa Şəhərciyinə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. Avropa Şəhərciyində ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcəkdir. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Bu il Avropa Şəhərciyində A.N. Ələkbərov adına Azərbaycan Dövlət İncəsənət Gimnaziyası da iştirak edir və gimnaziyanın şagirdləri tədbirdə gips və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, siz festivalda dulusçuluq işi üzrə ustad dərsinə də qatıla biləcəksiniz.

Ənənəvi olaraq, Avropa Şəhərciyində uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə isə xüsusi mükafatlar təqdim olunacaq. Avropa Şəhərciyi qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaqdır.

Beləliklə, Avropa Şəhərciyində uşaq və böyükləri bir sıra maraqlı tədbirlər gözləyir. Siz “EuroVillage 2018” festivalının proqramı ilə sosial şəbəkələrdəki https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ səhifəmizdə yaxından tanış ola bilərsiniz. Ailə üzvləri ilə əyləncəli vaxt keçirmək, xoş təəssüratlar qazanmaq və yeni dostlarla tanış olmaq istəyən hər kəs bulvardakı saat qülləsinin yaxınlığında keçiriləcək Avropa Şəhərciyini ziyarət edə bilər. Festivala gəlin və Avropanı Bakıda kəşf edin!

P.Sultanova

Paylaş:
475

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər