Əvvəllər məhkum edilmiş şəxslərdən silah və narkotik maddə götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvvəllər məhkum edilmiş şəxslərdən silah və narkotik maddə götürülüb

17:52 - 24 / 05 / 2018
Əvvəllər məhkum edilmiş şəxslərdən silah və narkotik maddə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursatın olması barədə məlumatı daxil olub. İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman “Makarov” markalı tapança və içərisində bir patron olan daraq aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha üç nəfər saxlanılıb. Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıblar. Onlardan ümumilikdə 12 qrama yaxın qurudulmuş marixuana, həmçinin bir bıçaq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirakları da istisna edilmir. R.Quliyevin, M.Zərbalıyevin, T.Quliyevin və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

1news.az

Paylaş:
444

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər