Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ADR-in 100 illiyi Parisdə qeyd edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ADR-in 100 illiyi Parisdə qeyd edilib – FOTO

12:32 - 24 / 05 / 2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ADR-in 100 illiyi Parisdə qeyd edilib – FOTO

Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi keçirilib.

1news.az-a Fonddan verilən xəbərə görə, qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara burada nümayiş olunan materiallar haqqında məlumat verilib.

“Opera” salonunda təşkil olunmuş ziyafəti Alen Tremolyer fransız dilində “Azərbaycan” şeiri ilə açıb. Fransız musiqiçilər Azərbaycanın və Fransanın dövlət himnlərini səsləndiriblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək dünyanın hər yerində azərbaycanlıların 28 Mayı Respublika Günü kimi qeyd etdiklərini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyi, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd edilib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən geniş bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.

Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Əməkdar Artist İsfar Sarabskinin və tarzən Şəhriyar İmanovun ifasında musiqi proqramı ilə davam edib.

Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.

Qonaqlar Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, eləcə də Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin təşviqinə dair nəşrləri ilə tanış olublar.

Nəşrlər arasında Fransa Milli Assambleyasının “Le Journal du Parlement” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş xüsusi nömrəsi də təqdim olunub.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, mətbəxinə dair nəşrləri hədiyyə edilib.

S.Xankişiyeva

Paylaş:
363

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər